Bu gün:
Xezer.info » Cəmiyyət » Fred Asifin anası bu qəbiristanlıqda dəfn olunacaq

Fred Asifin anası bu qəbiristanlıqda dəfn olunacaq


Fred Asifin anası bu qəbiristanlıqda dəfn olunacaq
Milli Qəhrəman Fred Asifin (Asif Məhərrəmov) anası Məhluqə Məhərrəmova ürək çatışmazlığından gecə saat 04:00 radələrində 89 yaşında vəfat edib.

Bu barədə Axar.az-a mərhumun nəvəsi Elməddin Cəfərov deyib.

O bildirib ki, nənəsinin dəfn mərasimi bu gün saat 13:00-də keçiriləcək və Qurd qapısı qəbiristanlığında qızının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, I Qarabağ müharibəsi iştirakçısı Fred Asif Məhərrəmov 1 iyul 1994-cü ildə vəfat edib. O, II Fəxri Xiyabanda dəfn edilib.