Şəkidə qəzaya düşən məktəblilərin ekskursiyaya getmələrinə kim icazə verib?
10-iyun-2022Olayla bağlı bildirilirdi ki, həmin gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlum olub ki, avtobusda olanlar Samux rayon sakinləridir.
AMİA.AZ xəbər verir ki , gəzmək məqsədilə Samux rayonundan Şəkiyə aparılan 11 nəfər şagird Samux rayonu 3 saylı tam orta məktəbinin şagirdləridir. Eləcə də, şagirdlər Şəkiyə (ekskursiyaya) sinif rəhbərinin təşkilatçılığı və məktəbin müvəqqəti direktor əvəzinin razılığı əsasında yollanıblar. Xəbərə rəsmi açıqlamada məhz bu detal gzilədilib.