COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
09-iyun-2022Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il iyulun 1-dək uzadılıb.
Qeyd edək ki, bu müddət mayın 1-də başa çatmışdı.