Bu gün:
Xezer.info » Manşet » Gəncə Beynəlxalq Xəstəxanasından reaksiya

Gəncə Beynəlxalq Xəstəxanasından reaksiya


Gəncə Beynəlxalq Xəstəxanasından reaksiya
Gəncə Beynəlxalq Xəstəxanasından açıqlama:

Şikayətçi Aybəniz Məmmədovanın “Gəncə Beynəlxalq Xəstəxanası” və baş həkimi İlyas Həsənov barəsində ünvanladığı müraciəti həqiqətdən uzaq, məqsədli şəkildə “Gəncə Beynəlxalq Xəstəxanası”nın və baş həkim İlyas Həsənovun İmicinə və işgüzar nüfuzuna atılan ləkədir.
Belə ki, mərhum Q.Məmmədov 24 may 2016-cı il tarixdə xəstəxanaya daxil olmuş, xəstədə aparılan müayinələrdən sonra xəstəyə “TÜKLÜ HÜCEYRƏLİ LEYKOZ” diaqnozu qoyulmuşdur. Xəstədə yanaşı olaraq “DİABET, BRUSELYOZ, AĞ CİYƏRDƏ TÖRƏMƏ VƏ PLEVRİT” olduğu aşkar edilmişdir.
Məlumat üçün qeyd edək ki, Leykoz xəstəliyi sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu xəstəlik xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Ümümdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər 100.000 insandan 13-ü bu xəstəliyə tutulur.
25 may 2016-cı il tarixdə xəstəyə 1 kurs Kladribin (Ocladra) 7 mq – 7 gün protokolu ilə kimya terapiya başlanılmış, Pansitopeniya yaranan xəstəyə antiviral, antibakterial, Anti fungal terapiya aparılmışdır. G-CSF (neupogen 30 mln) müalicəsi başlanılmış, trombositar və eritrositar kütlə köçürülmüşdür. 10 iyun 2016-cı il tarixdə saat 19 radələrində vəziyyəti orta ağır olan xəstənin saturasiyasının kəskin enməsi qeyd edilmişdir. Xəstəyə verilən təyinatlara baxmayaraq vəziyyətində yaxşılaşma olmamış və anestezioloq xəstəni müayinə etsə də, təkrar aparılan reanimasiya tədbirləri fayda vermədiyi üçün xəstənin reanimasiya şöbəsinə köçürülməsinə qərar verilmişdir. 10 iyun 2016-cı il tarixdə saat 20:30 radələrində xəstə müalicəsinin davamı məqsədi ilə reanimasiya şöbəsinə köçürülmüş, Tənəffüs və qan dövranı itirilməsinə görə rezitasiya edilmişdir. Xəstə süni tənəffüs cihazına qoşulmuş, İnotrop dəstək təmin edilmişdir. 11 iyun 2016-cı il tarixdə, saat 16:45-də Xəstə rezitasiyaya cavab vermədi. Xəstə 17:35-də exitus olaraq qəbul edilmişdir (vəfat etmişdir).
Ümumilikdə xəstənin müalicə və müayinəsi ilə həm Xəstəxanamızın sabiq baş direktoru və hematoloq Prof.Dr.Süleyman Lütfi Dinçer, həm də digər ixtisaslı həkimlərimiz və tibb işçilərimiz bilavasitə məşğul olmuşlar. Mərhumun ailə üzvləri tərəfindən Xəstəxanaya ödənilən vəsait bütünlüklə xəstənin 18 gün müddətinə aparılan müayinəsinə, müalicəsinə, dərmanlarına, yatışına və s. xidmətlərə sərf edilmişdir. Ödənilən vəsaitin sərfiyyatı ilə bağlı müayinə protokolları mövcuddur. “Gəncə Beynəlxalq Xəstəxanası” olaraq biz tərəfdən mərhumun ailəsinə xəstənin müəyyən müddət sonra sağalacağına dair yazılı və ya şifahi söz verilməmişdir. Yuxarıda göstərilən xəsətlikləri nəzərə alaraq belə bir sözün verilməsi həm tibb elminə, həm də normal insan məntiqinə sığacaq hal deyildir. Tibbi imkanlarımız çərçivəsində ixtisaslı həkimlərimiz xəstəni yaşatmaq üçün əllərindən gələni etsələr də, xəstəni yaşatmaq mümkün olmadı.
Bundan başqa mərhumun Gəncə Beynəlxalq Xəstəxanasında aparılan müalicə və müayinəsi zamanı xəstə yaxınları tərəfindən ödənilən vəsaitdən əlavə xüsusi dərman vasitələri istifadə edilmiş və bununla bağlı xəstə yaxınlarına heç bir məlumat verilməyərək əlavə xərclər Gəncə Beynəlxalq Xəstəxanası tərəfindən qarşılanmışdır.
Şikayətçi Aybəniz Məmmədovana Gəncə Beynəlxalq Xəstəxanasının baş həkimi Süleyman Lütfi Dinçer ilə görüş zamanı S.L.Dinçerin Qərib Məmmədovu güya 20 günə sağaldıb ayağa qaldıracağı barədə söz verdiyini göstərsə də, Gəncə Beynəlxalq Xəstəxanası rəsmi olaraq mərhumun yaxınlarına bununla bağlı hansısa bir müqavilə və ya öhdəlik müəyyənedici sənəd verməmişdir. Xəstəxanamız Prof.Dr Süleyman Lütfi Dinçerin belə bir vəd verəcəyini inanmır. Çünki bu xəstəliyin necə ağır olduğunu Prof.Dr S.L.Dinçer bizdən daha yaxşı bilir.
Belə ki, Prof.Dr Süleyman Lütfi Dinçer tək Türkiyədə deyil, dünyada tanınmış 10 məşhur Hematoloqdan biridir. O, Türkiye Respublikasının “Hematoloji Uzmanlık Derneği”, “American Society Of Hematology”, “Türk Hematoloji Derneği”, “Kan Merkezleri ve Transfüzyon Derneği”, “Avrupa Kemik İliği Transplantasyonu Birliği”, “Türk Aferez Derneği”, “Avrasya Kemik iliği Nakli birliği”nin qurucusu və fəxri üzvlərindən biridir. Bundan başqa o, 2003-cü ilin sentyabr-oktyabr, aylarında Azərbaycan Respublikasında İLK DƏFƏ Sümük İliyi Transplantasyası əməliyyatını (Allogeneik KİT) həyata keçirmişdir.
Teref.info olaraq bu arayışa heç bir əlavə etməyə lüzum bulmadık. Sadəcə onu əlavə etmək istəyirik ki, Gəncə Beynəlxalq Xəstəxanasının indiki həkimi İlyas Həsənov 25 gündür ki, bu xəstəxanaya baş həkim təyin olunub və xəstəxananın nümunəvi olması üçün əlindən gələni edir. Rəhmətə gedən xəstə ondan qabaq bu xəstəxanaya başçılıq etmiş dünyaca ünlü həkim professor Süleyman Lütfi Dinçer vaxtında qəbul edilmiş və müalicəsi ilə məşğul olmuşdular. Lakin əfsuslar olsun ki, hələlik bu xəstəliyin müəyyən etapdan sonra (qan xərçəngi) dərmanı tapılmayıb.
Gəncə Beynəlxalq Xəstəxanasının baş həkiminə isə tez bir zamanda bizim müraciətimizə cavab verdiyi üçün təşəkkür edirik!
Tanrı ona rəhmət eləsin!
Teref.info