Müdafiə Sənayesi Nazirliyinin poliqonunda hərbi sursat partlayıb
08-iyun-2022Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda hərbi sursat partlayıb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
"Sınaq zamanı 60 mm-lik minaatan partlayıb. Bir nəfər - Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati qorxusunun olmadığını bildiriblər", - məlumatda qeyd edilib.