Qod Nisanov daha bir vəzifəsindən getdi
08-iyun-2022“Kiyev Ploşad” şirkətlər qrupunun sahiblərindən biri, Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib.
Bu barədə şirkətlər qrupunun mətbuat xidmətindən bildirilib.
“2022-ci il iyunun 3-də Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək və bu layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Nisanov əvvəllər ABŞ-ın sanksiya siyahısına daxil edilib.
Bir müddət öncə isə o, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, Qod Nisanov 1972-ci ildə Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.