Bu gün:
Xezer.info » Manşet » Nazir yeni polis rəisi təyin etdi

Nazir yeni polis rəisi təyin etdi


Nazir yeni polis rəisi təyin etdi
Daxili İşlər naziri Ramil Usubov polis polkovniki İsmayıl Həmid oğlu Əsədovun Kürdəmir Rayon Polis Şöbəsinin rəisi təyin edilməsi barədə əmr imzalayıb.

Axar.az xəbər verir ki, Nərimanov RPİ-nin rəisi olan İ.Əsədovun bu gün kollektivlə artıq vidalaşdığı barədə Aznyus.az məlumat yayıb.

Xatırladaq ki, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub.