Bu gün:
Xezer.info » Manşet » `Bir neçə rayon da azad edilə bilər` - General Aydəmirov

`Bir neçə rayon da azad edilə bilər` - General Aydəmirov


`Bir neçə rayon da azad edilə bilər` - General Aydəmirov
Azərbaycan ordusu tərəfindən azad edilmiş torpaqları geri qaytarmaq istəyən erməni veteranlar silahı haradan alacaqlar? Bütün silahlar Ermənistan Müdafiə Nazirliyinin balansındadır. Bu şəxslər hər hansı bir əmrə tabe olmadan ön xəttə necə keçəcəklər?

Teref.info xəbər verir ki, bu barədə ANS TV-yə erməni veteranlar qrupunun Azərbaycana hücum edəcəkləri ilə bağlı bəyanatını şərh edən Müdafiə Nazirliyinin ehtiyatda olan hərbçisi, general-leytenant Yaşar Aydamirov bildirib:

“Bu çıxış piar-şoudur. Sözsüz, Ermənistan hakimiyyəti bunun qarşısını kəsməlidir. Bu anarxiyaya doğru atılan addımdır”.

General qeyd edib ki, əgər erməni veteranlar bu addımı atsalar, Azərbaycan hərbçiləri onlara layiqli cavab verəcəklər:

“Onların bu hərəkətləri sadəcə Azərbaycana şans verəcək. Və bu dəfə nəinki mövqelər, hətta bir neçə rayon da azad edilə bilər. Biz də elə bunu gözləyirik”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın müxalifət cərəyanlarından birinin rəhbəri Qaqerin Çukazyan, onun müavini Varujan Avetisyan, Şuşa batalyonun komandiri Armen Lambaryan və digər keçmiş hərbçilər Azərbaycana hücumla bağlı bəyanatla çıxış ediblər. Onların veteranlardan ibarət min nəfərlik könüllü yığması barədə məlumatlar da var.