ABŞ 14 ölkədən Rusiyanın Ukraynadan oğurladığı taxılı almamağı tələb edib
06-iyun-2022ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 14 dövlətin rəhbərliyindən Rusiyanın Ukrayna ərazisindən oğurladığı taxılı almamağı tələb edib.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” bildirib.
Məlumata görə, bura Afrikanın 10 ölkəsi, həmçinin Pakistan, Türkiyə, Banqladeş və Şri-Lanka daxildir.
Qeyd olunub ki, söhbət 100 milyon dollar dəyərində 500 min ton Ukrayna taxılından gedir. Həmin taxıl Ukrayna ərazisindən quru yolu ilə Rusiyanın nəzarəti altında olan Krım yarımadasına daşınaraq orada gəmilərə yüklənib.
ABŞ Dövlət Departalenti bildirib ki, taxıl Kerç boğazından “Matros Koşka”, “Matros Pozıniç” və “Mixail Nenaşev” gəmiləri ilə Aralıq dənizinə daşınır. Qəzetin yazdığına görə, ABŞ-ın xəbərdarlığının təsir edəcəyi çox çətin olacaq: “Çünki Afrika dövlətləri ciddi aclıqla üzləşib. İkincisi, həmin ölkələr Rusiyaya daha çox üstünük verirlər”.