Sədr: "Bu il icbari tibbi sığorta çərçivəsində 100 qaraciyər, 150 böyrək köçürülməsi nəzərdə tutulur"
06-iyun-2022"Bu il icbari tibbi sığorta çərçivəsində 100 qaraciyər, 150 böyrək köçürülməsi nəzərdə tutulur".
"Report"un xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, bu say Agentliyin büdcəsinə və mövcud texniki imkanlara uyğun müəyyən edilib: “Bu məsələdə tibb müəssələrinin də potensialı da nəzərə alınır. Hazırda işlər gedir, yeni briqadalar yaradılır, digər klinkikalar bu istiqamətdə iş aparır. Hesab edirəm ki, gələcəkdə biz bu sayı biz artıra bilərik”.