“Azərişıq” ödənişləri ilə bağlı yenilik - AÇIQLAMA
06-iyun-2022“Abonentlərə geniş tarixçənin verilməsi xidmətinin onlayn olması onlara aylıq, illik hesabatlarını özlərinin görməsinə şərait yaradacaq”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov deyib.
O bildirib ki, bununla da bəzən abonentlər ödənişlərin sistemə oturub-oturmaması ilə bağlı ardıcıllığı görə biləcəklər.
“Eyni zamanda elektron portalda onlayn müraciət və müqavilələrin imzalanması da həyata keçiriləcək. Abonentlər “ASAN imza” vasitəsilə müqavilələrinin imzalanmasını həyata keçirə bilərlər” - deyə Q.Həmidov qeyd edib.