Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşada komitələrin birgə iclası keçiriləcək
06-iyun-2022Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşa şəhərində komitələrin birgə iclası keçiriləcək.
"Report"un əldə etdiyi məlumata görə, iyunun 11-də Şuşa şəhərində parlamentin Aqrar siyasət və Regional məsələlər komitəsinin birgə toplantısı baş tutacaq.
Toplantının gündəliyi barədə yaxın günlərdə məlumat veriləcək.