Qarabağda biznes fəaliyyəti göstərmək üçün 1 152 müraciət daxil olub
04-iyun-2022Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 152 müraciət daxil olub.
“Report” xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.
Məlumata görə, müraciətlərin 747-si yerli, 405-i xarici şirkətlərə məxsusdur.