Bu gün:
Xezer.info » Cəmiyyət » DİN iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

DİN iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib


DİN iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, Oğuz Rayon Polis Şöbəsində vətəndaş Abbasqulu Məmmədovun müraciətinin araşdırılmaması ilə bağlı iddialar həqiqətə uyğun deyil.

"Belə ki, mayın 31-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Abbasqulu Məmmədov Rasim Əliyev adlı şəxs tərəfindən ona məxsus heyvanların xəbərsiz şəkildə satıldığını deyib.

Daxil olan müraciət əsasında tərəflər polis şöbəsinə dəvət olunub və onların izahatları alınıb.

Hazırda faktla bağlı Oğuz Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir və nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.