Bu gün:
Xezer.info » Eksklüziv » ABŞ səfiri: “Günahsız Azərbaycan vətəndaşlarının faciəvi şəkildə həyatlarını itirməsi məni dərindən kədərləndirmişdir”

ABŞ səfiri: “Günahsız Azərbaycan vətəndaşlarının faciəvi şəkildə həyatlarını itirməsi məni dərindən kədərləndirmişdir”


ABŞ səfiri: “Günahsız Azərbaycan vətəndaşlarının faciəvi şəkildə həyatlarını itirməsi məni dərindən kədərləndirmişdir”
“Günahsız Azərbaycan vətəndaşları da daxil olmaqla Ukraynada qadın və uşaqların, gənc insanların, hətta yeni doğulan körpənin faciəvi şəkildə həyatını itirməsi məni dərindən kədərləndirmişdir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin yazdığı və “Report”da dərc olunmuş “Bütün gözlər Ukraynaya yönəlib: Rusiyanın cavabdehliyinə dair vədimiz” adlı məqaləsində deyilir.

“Hücum şəklində həyata keçirilən bu zorakılıq mülki insanlara ölüm və xəsarət yetirərək, xəstəxanalar, məktəblər, uşaqların sığınacağı olan teatr binası və dəmir yol stansiyası da daxil olmaqla infrastrukturu yerlə yeksan etmişdir. Sözügedən dəhşətlər heç bir zaman unudulmayacaq bir milli faciəyə çevrilmişdir. Azərbaycanın konsulluğu da hücum zamanı zərər çəkmişdir. Müharibə Ukraynada yaşayan və işləyən minlərlə Azərbaycan vətəndaşına birbaşa təsir etmişdir. Azərbaycan buna cavab olaraq Ukrayna xalqına humanitar yardım, tibbi ləvazimatlar və yanacaqla dəstək oldu”, - səfir yazır.

Diplomat Azərbaycan hökumətinin və xalqının Ukraynaya göstərdiyi humanitar yardımdan çox təsirləndiyini əlavə edib.