Bakıda uşaqlara əzab verilən sığınacaqdan - VİDEOREPORTAJ
02-iyun-2022Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında uşaqlara əzab verilməsi faktı ictimaiyyətdə müzakirə mövzusuna çevrilib.
“Report”un çəkiliş qrup sözügedən sığınacaqda olub.
Sığınacağın təşkilatçısı Könül Qasımovanın sözlərinə görə, yayılan məlumatlar yanlışdır. O, iddia edib ki, sığanacaqda heç bir uşağa şiddət göstərilmir: "Bura uşaqlara əzab verilən həmin sığınacaq deyil. Bütün sığınacaqlarda olduğu kimi bizim sığınacada da monitorinq keçirilib. Ancaq sığınacağımızda tərəfimizdən uşaqlara hansısa şiddət faktı olduğu qeydə alınmayıb”.
“Report” üç müxtəlif mənbədən dəqiqləşdirib ki, Sabunçu Rayon Prokurorluğun yaydığı məlumat məhz "Sevgi Evi" qadın və uşaq sığınacağı ilə bağlıdır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.