Putin son tarixi qoydu: Əməliyyat bu müddətdə başa çatmalıdır - Şok iddia
01-iyun-2022Rusiya lideri Vladimir Putin orduya iyunun 1-dən iyulun 1-dək Ukraynanın Luqansk və Donetsk vilayətlərinin tam işğal edilməsini tapşırıb.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən "Kanal 24" məlumat yayıb.
Əldə edilən məlumata görə, Kremlin planlarında ilk olaraq bütün Luqansk vilayətinin ələ keçirilməsi nəzərdə tutulur. Donetsklə bağlı vəziyyət Rusiya üçün xeyli mürəkkəbdir, buna görə də bölgənin ələ keçirilməsi üçün iyulun 1-nə qədər vaxt verildiyi iddia edilib.
Məlumatda bildirilib ki, Rusiya Luqansk və Donetsk bölgələrinin eyni vaxtda ələ keçirilməsi planından daşınıb.
Bundan əvvəl Luqansk regional administrasiyasından bildirilib ki, bölgə ərazisinin təxminən 95%-i Rusiyanın işğalı altındadır. Hazırda 2014-cü ildən bölgənin inzibati mərkəzi olan Severodonetsk uğrunda aktiv döyüşlər gedir.
Regionun rəhbəri Sergey Qayday deyib ki, Severodonetskin ətrafı üçün heç bir təhlükə yoxdur.