Bu gün:
Xezer.info » Cəmiyyət » İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına BURAXILDI

İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına BURAXILDI


İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına BURAXILDI
Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbsqətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Adalet.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi vəkillərin vəsatətlərini əsaslı hesab edib.

Məhkəmənin qərarı ilə Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər. Bildirilib ki, hazırda iş üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, hər iki vəzifəli şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən yoxlama tədbirləri nəticəsində tutulub. Vahid İsayev və Rəşad Şükürov Göyçay Rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilirlər.(apa)