Bu gün:
Xezer.info » Dünya » Rus millət vəkilindən şok təklif: “Müdafiə nazirlərindən birini qaçıraq”

Rus millət vəkilindən şok təklif: “Müdafiə nazirlərindən birini qaçıraq”


Rus millət vəkilindən şok təklif: “Müdafiə nazirlərindən birini qaçıraq”
Rusiyada hakim “Vahid Rusiya” Partiyasından olan deputatın canlı yayımda NATO əleyhinə səsləndirdiyi təklif səs-küy yaradıb.

Rusiya prezidenti Vladimir Putinin “Vahid Rusiya” partiyasından olan deputatı və 30 ilə yaxındır parlamentdə olan Morozov dünən axşam “Rossiya-1” dövlət kanalında yayımlanan “60 dəqiqə” verilişində iştirak edib. Morozov bildirib ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi Rusiya üçün böyük təhlükədir və Moskva hərbi məqsədlərini yenidən nəzərdən keçirməli ola bilər.

Rusiyalı deputat bu təhlükəyə qarşı Türkiyənin də daxil olduğu 30 üzvü olan NATO ölkələrindən birinin müdafiə nazirinin qaçırılmasını təklif edib.

Ukraynaya səfər edən bir NATO ölkəsinin müdafiə nazirinin Moskvaya qaçaq yolla gətirilə biləcəyi və Ukraynaya verilən silahlarla bağlı sorğu-sual oluna biləcəyi fikrini irəli sürən Morozov, “Bu, fantastik plan ola bilər... O, Kiyevə görüşmək üçün gedir. Amma ora çatmaya bilər və bir səhər oyanır ki Moskvadadır” – deyib.

Rus aparıcının – Yəni biz onları qaçıracağıq? sualına “Bəli. Bu yolla kimin hansı mövzuda nə əmr verdiyini, kimin nədən məsul olduğunu öyrənə bilərik. O qədər də xəyali deyil. İndi dünyada yeni qaydalar var. Kiyevdə toplaşan bütün müdafiə nazirləri Moskvada oyanmağın necə olacağını düşünməlidirlər”.


Qeyd edək ki, Rusiyanın işğalından sonra indiyədək bir çox Qərb rəsmiləri, o cümlədən ABŞ-ın müdafiə naziri Lloyd Ostin, xarici işlər naziri Antoni Blinken və Finlandiyanın baş naziri Sanna Marin Kiyevə səfər edib.