İtaliyadan Putinə Ukrayna ilə bağlı sülh planı - 4 maddə
30-may-2022Sülh danışıqları ya Türkiyədə, ya da Vatikan da keçirilsin
İtaliyanın keçmiş daxili işlər naziri, İtaliya “Liqasının” lideri, əvvəllər Rusiya Prezidenti Vladimir Putinə açıq simpatiya bəsləyən Matteo Salvini dörd bəndlik “sülh missiyası” ilə Moskvaya səfər emtəyi planlaşdırıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə italiyanın “Repubblica” qəzetinə müsahibəsində “İrəli İtaliya” (Forza Italia) partiyasının sabiq deputatı Antonio Kapuano bildirib.
Kapuanonun sözlərinə görə, Salvini və komandası Rusiya Prezidentinə dörd bənddən ibarət sülh planı hazırlayıb.
Birincisi, danışıqlara başlamaq üçün neytral platforma müəyyən edilməlidir. Bu ya Türkiyə, ya da Vatikan ola bilər.
Bunun ardınca Kapuano növbəti maddə kimi İtaliya, Fransa və Almaniyanı qarant ölkə rolunda çıxış etməyi təklif edib. O, mənəvi zamin kimi Roma Papasının da təyin edilməsinin zəruriliyini qeyd edib.
Üçüncü məqam: tərəflər yalnız atəşkəsdən sonra masa arxasına oturmalıdırlar. Danışıqların gündəliyinin başında isə taxıl və humanitar yardım daşıyan gəmilərin blokunun açılmasıdır.
Dördüncü məqam: beynəlxalq nüfuzlu şəxslərin Moskva və Kiyevə səfəri təşkil edilməlidir”-siyasətçi bildirib.
İtalyan siyasətçi onu da əlavə edib ki, Salvininin Rusiya paytaxtına səfəri mayın 29-na planlaşdırılsa da, səfər reallaşmayıb. Səfərlə bağlı hətta Putin məlumatlandırılıb. Lakin partiya tərəfdarları və İtaliyanın baş naziri Mario Draqinin Salvininin gedişinə reaksiyası səbəbindən planlara yenidən baxılıb və səfər təxirə salınıb.
Amma sülh planı ilə bağlı təklifin Putinə göndəriləcək.
Mürtəza
Ölkə.Az