Kazinyan: "Paşinyan artıq Ertmənistanı və erməni xalqını təmsil etmir"
30-may-2022“Nikol Paşinyanla bütün əlaqələri kəsmək lazımdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Artur Kazinyan bildirib.
O qeyd edib ki, “Əvvəla, o, artıq Ermənistanı və erməni xalqını təmsil etmir, onunla müzakirələr aparmaq, danışıqlar aparmaq boş şeydir, vaxt itkisidir.
Nikolun erməni xalqını təmsilçiliyi aldanmaq, atılmaq, şəxsi, dövlət səviyyəsində rüsvay olmaq kimi böyük təhlükə yuaradır.
Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı Ermənistana və erməni xalqına dəyər verir və dəyər verirsə, dərhal Nikolla bütün əlaqələri dayandırmalı və erməni millətinin yanında olmalıdır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az