Bu gün:
Xezer.info » Cəmiyyət » Selcuk Bayraktar: “Dünya türkün nələr edə biləcəyini Qarabağ müharibəsində gördü”

Selcuk Bayraktar: “Dünya türkün nələr edə biləcəyini Qarabağ müharibəsində gördü”


Selcuk Bayraktar: “Dünya türkün nələr edə biləcəyini Qarabağ müharibəsində gördü”
“Dünya türkün nələr edə biləcəyini Qarabağ savaşında gördü”.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar deyib.

"Bir tərəfdən çox həyəcanlıyıq, digər tərəfdən də kədərlənirik. Bu gün TEKNOFEST-in son günüdür. Bu qədər böyük maraq gözləmirdik.

Burada, türk təyyarələrinin gələcəyinin yazıldığı Bakıda olmaq və arzularının gerçəkləşməsi, gələcəyimiz üçün bizi çox sevindirir. Kaş davam edə biləydik. Bu, heç vaxt unuda bilməyəcəyimiz bir təcrübə idi. İlk dəfə xaricdə TEKNOFEST təşkil etdik və bu, Can Azərbaycanda oldu. Bu mənada çox xoşbəxtik", - Bayraktar vurğulayıb.

O, qeyd edib ki, “Akıncı” nümayişinə cəmiyyətdə böyük maraq görüb: “Bu, bizə böyük ümid verir. Bu, böyük potensialın olduğunu göstərir. Xüsusilə də bu qardaşlığı gücləndirsək, daha böyük işlər görəcəyik. Dünya türklərin nələr edə biləcəyini Qarabağ müharibəsində gördü".

Bayraktar Şuşaya səfər etdiyini və çox təsirləndiyini bildirib: “Bundan sonra belə iztirablar olmayacaq. Biz nəsillərimizi bu şüurla yetişdirməliyik ki, bir daha belə iztirablar yaşanmasın”.