Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
29-may-2022Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.