Bu ilin yanvar ayında Səbail rayonu ərazisində Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyən şəxslərə hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi heykələ zərər vuran Vüqar Tağızadəyə 1 il 6 ay, Allahverdi Məmmədliyə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin metronun "İçərişəhər" stansiyasının qarşısında ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılandan sonra 1991-ci il təvəllüdlü V.Tağızadə və 1996-cı il təvəllüdlü A.Məmmədli müəyyən olunaraq saxlanılmışdı.
Onlar barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.