Bu gün:
Xezer.info » Dünya » Vahid Ələkbərov 100 milyonluq mülkünü bu ölkəyə verdi

Vahid Ələkbərov 100 milyonluq mülkünü bu ölkəyə verdi


Vahid Ələkbərov 100 milyonluq mülkünü bu ölkəyə verdi
Azərbaycan əsilli milyarder Vahid Ələkbərov sanksiyalar səbəbindən Niderlanddakı mülkü ilə vidalaşmalı olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vahid Ələkbərov gəmilərin təmir və inşa olunması üzrə "Heesen Yachts" müəssisəsinin səhmlərini müstəqil Niderland fonduna verib.

Xəbəri rus dilində oxuyun: На Нариманово начитается новый образ жизни - "City Garden Narimanov"!

Sözügedən müəssisənin hansı şərtlər daxilində fonda verilməsi hələ ki məlum deyil.

Müəssisənin rəsmi saytında yer alan məlumata görə, şirkət mayın 18-dən etibarən yenidən tam olaraq niderlandlılara məxsusdur.

Qeyd olunur ki, V.Ələkbərov "Heesen Yachts"ı 2008-ci ildə 100 milyon avroya əldə edib. "Lukoyl" şirkətinin həmtəsisçisinin özünün də iki yaxtası burada inşa olunub.

Xatırladaq ki, Vahid Ələkbərov cari ilin aprel ayında "Lukoyl"un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. Böyük Britaniya Ukraynadakı müharibə fonunda Rusiyaya sanksiya tətbiq edərkən V.Ələkbərovun da adını siyahıya əlavə edib.