Müslümov bu tarixə qədər ev dustaqlığına buraxılıb
26-may-2022Xəbər verdiyimiz kimi, Səbail Rayon Məhkəməsinin qərarı ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov azadlığa buraxılıb.
Onun hansı şərtlər əsasında ev dustaqlığına buraxılması ilə bağlı Axar.az-a danışan hakim Ülviyyə Şükürova bildirib ki, Səlim Müslümov səhhəti ilə bağlı ev dustaqlığına buraxılıb:
“Sağlamlığında problem olduğu üçün ev dustaqlığına icazə verildi. Ev dustaqlığı sentyabr ayının ikisinə qədər davam edəcək” , - hakim deyib.