Dünyanın ikinci ordusunu məhv edəcəyik
26-may-2022Rus işğalçılarının hələ də çoxlu silahları var. Ona görə də müharibənin növbəti bir neçə həftəsi daha çətin olacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Düşmənin gücünü qiymətləndirməmək düzgün deyil. Rusiyanın strateji planları dəyişməz olaraq qalır – Ukraynanı bir dövlət kimi məhv etmək. Müstəqilliyimizə, dövlətimizin varlığına bir daha Rusiya tərəfdən təhlükə yaranmaması üçün biz dünyanın “ikinci ordusu”nu məhv etməliyik”, - Danilov bildirib.