Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyalarının ikinci görüşündə konkret sənəd müzakirə oluna bilər
26-may-2022“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların ilk iclası keçirildi”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Növbəti görüşdə hansısa konkret sənədin ortaya qoyulmasını gözləyirik”, - XİN başçısı vurğulayıb.
Nazir Azərbaycanın normallaşma istiqamətində sistemli addımlar atdığını diqqətə çatdırıb və xatırladıb ki, 2023-cü ildə Azərbaycan tərəfində avtomobil və dəmir yollarının inşası başa çatacaq.
XİN başçısı əlavə edib ki, Azərbaycan İranla bu istiqamətdə əməkdaşlıq edib, yaxın zamanlarda isə növbəti addımlar atılacaq.
“Delimitasiya ilə bağlı 30 ildə əməli addımlar atılmayıb. Bu, işğal faktı ilə bağlı idi. İşğal faktına son qoyulması ilə bu məsələnin leqal çərçivədə həllinin zamanı çatıb. Artıq Brüssel görüşündən sonra ilk birgə iclas baş tutdu. Bu, ilk addımdır və yolun başlanğıcıdır”, - Ceyhun Bayramov qeyd edib.