Şarl Mişel Rusiyaya xəbərdarlıq edib
26-may-2022Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kremli dezinformasiya yaymamağa çağırıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident Mişel "Twitter"də bildirib.
"Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik", - deyə Mişel vurğulayıb.
Qeyd edək ki, o, paylaşımında Rusiya Prezidentinin rəsmi "Twitter" səhifəsini işarələyib.