AB hər gün Putinə 800 milyon göndərir - Mironov
22-may-2022Sanksiyalara baxmayaraq, Rusiya Avropa ölkələri ilə neft və qaz ticarətini davam etdirir və məhz bu ticarət Rusiya Prezidenti Vladimir Putinə orduya pul ödəməyə imkan verir.
Axar.az xəbər verir ki, bunu iqtisadçı Maksim Mironov deyib.
“Enerji ticarəti Putinə təkcə orduya deyil, həm də dövlət işçilərinə maaş ödəməyə imkan verir. Avropa ona gündə 700-800 milyon avro göndərməkdə davam edir və bu, büdcə balansını saxlamağa yardım edir, üstəlik idxala tələbat azalıb, ölkəyə dollar gəlir. Bu, Putinə qeyri-sabit büdcəni qorumağa da şans yaradır”, - Mironov bildirib.