Bu gün:
Xezer.info » Cəmiyyət » May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMA

May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMA


May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
Artıq may ayının sonlarına yaxınlaşırıq. Təbii ki, hər kəs meyvə və tərəvəzə üstünlük verir. İnsanlar daha çox meyvə almaq üçün bazarlara, marketlərə üz tuturlar. Amma meyvə od qiymətinə...

Əvvəlki illərdə yerli meyvələr mart-apreldə baha olurdu, may ayında isə münasib qiymətə tapmaq mümkün idi. Artıq may bitmək üzrədir, amma insanlar piştaxtalardakı meyvələrə yalnız baxa bilirlər...

Siz bazara gedib, bir neçə çeşiddə hərəsindən bir kiloqram meyvə alsanız, ən azı 40-60 manatınızdan keçməli olacaqsınız.

Bir kiloqram çiyələk 3-6,50 manata, bir kq gilas 13-23 manata, bir kq tut 6 manata, bir kq alça 7-10 manatadır.

Deputat Vüqar Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, aparılan monitorinqlər istehlak bazarında kənd təsərrüfatı məhsullarının çox yüksək qiymətə təklif olunduğunu göstərir:

"Bu da inflyasiya yaradır. Yerli məhsulların qiymətlərinin optimallaşdırılması üçün süni qiymət artımının qarşısı alınmalıdır. Nəzərə alsaq ki, Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri qəbul olunub, onlardan biri də süni qiymət hallarının artırılmasına qarşı mübarizənin aparılmasıdır.

Bütün hallarda təklif olunan məhsullar üzrə xərcdə ciddi fərqlər yoxdursa, qiymətlərin yüksək təklif olunması artım deməkdir. Əvvəlki dövrlərdə xaricdən nisbətən ucuz kənd təsərrüfatı məhsulları idxal olunurdu, indi bir sıra aqrar ölkələr məhsul ixracatını məhdudlaşdırıb. Bu da bizim istehsal bazarına öz təsirini göstərir. Qiymətlərin optimallaşdırılması üçün monitorinqlər davam etdirilməlidir".

Oxuculara Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən 2019-cu ilin may ayında meyvələrin qiymətini təqdim edirik: