Bu gün:
Xezer.info » Dünya » Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb

Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb


Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.

"Report" xəbər verir ki, məlumatı Ağ evin saytı yayıb.

Bildirilib ki, ABŞ Prezidenti müvafiq qanun layihəsini mayın 21-də imzalayıb.

Qeyd edək ki, mayın 19-da ABŞ senatı Ukraynaya 40 milyard dollar hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermişdi. Sənəd senatda səs çoxluğu ilə qəbul edilərək imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi.