"Zəngəzur, Göyçə və Qazax rayonunun kəndləri işğaldan azad edilməlidir" - Partiya sədri
19-may-2022“İyulun 9-10-da bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri Şuşaya səfər etdi. Bundan isterikaya düşən Ermənistan Xarici İşlər Nazirliyi Şuşaya səfər edən ölkələrin Ermənistandakı səfirlərini XİN-ə çağıraraq onlara nota verdi. Utanmadan, Şuşa və Hadrutu qondarma qurumun işğal olunmuş əraziləri kimi təqdim edərək, oralara getməyi yolverilməz hesab etməklə, eyni zamanda Azərbaycanı etnik təmizləmə aparmaqda, hərbi və kütləvi cinayətlərdə də ittiham etdilər”.
Bunu Reyting.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin bu hərəkəti erməni həyasızlığının, islaholunmazlığının və yekəbaşlığının növbəti mərhələsidir: “Bəziləri ermənilərlə birgəyaşayışdan danışırlar. İndi izah edin görək zəhərlənmiş, xəstə, vəhşi, reallığı qəbul etməyən, yalançı miflərlə yaşayan, millətimizin qanına susamış bu yaramaz toplumla necə birgə yaşamaq olar? Bölgəmizə gəldikləri, gətirildikləri gündən bölgənin, millətimizin hüzurunu pozublar. Ermənilər tərəfindən işğalçı ritorika, qisas arzuları, namərdlik və kəmfürsətlik eyni ilə nümayiş olunur”.
Partiya sədri xatırladıb ki, ermənilərə Azərbaycan ərazilərində dövlət qurublar: “İndi də yeni ərazi iddialarından əl çəkmirlər. Biz də rəsmi surətdə ərazi iddiasında bulunmalı və iş görməliyik. Bunlar yalnız güclə, qapazla hesablaşırlar. Odur ki, planlı surətdə öz dədə-baba torpaqlarımızı işğaldan azad etməliyik. Onsuz da zəifləmiş, darmadağın edilmiş, gözü qorxmuş erməni ordusu müqavimət göstərəcək gücdə deyil. Qoy şüvən qopartsınlar, şikayət etsinlər...”.
Partiya sədrinin fikrincə, ilkin addım Qazax rayonunun işğal altındakı kəndlərini azad etmək olmalıdır: “Sağ olsunlar, orada yaşamış insanlarımız, indiyə qədər məcburi köçkün olsalar da səslərini çıxartmadılar. İndi onların haqqı qaytarılmalıdır. Ən doğru yol Azərbaycan əsgərinin hər gün irəli getməsidir. Vətən torpağının o başı, bu başı olmur. İstər Zəngəzur, istər Göyçə, istərsə də Qazax tərəf olsun”.