İcra məmuru tərəfindən döyüldüyü deyilən qadınla bağlı AÇIQLAMA
19-may-2022Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı açıqlama verilib.
Vəkillər Kollegiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.
Qurum qeyd edib ki, Kollegiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər:
“Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik”.