Dillər Universitetində dillər əzbəri olası təyinatlar…
04-iyul-2016Saytımızda Slavyan Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyinatına tanınmış təhsil eksperti Etibar Əliyevin münasibəti böyük marağa səbəb olub.
Həmin açıqlamada təhsil eksperti Dillər Universitetindəki mövcud durumu da təhlil etmişdi. O, bildirmişdi ki, Dillər Universiteti hal-hazırda idarə olunmur və bu ali məktəbə yüksək elmi və nüfuzu olan kənardan bir şəxs təyin olunmalıdır. Dillər Universiteti ilə bağlı saytımıza həmin ali məktəbdən olduqca maraqlı material daxil olub. Həmin materialı oxucuların diqqətinə çatdırırıq:
“Təhsil eksperti Etibar Əliyevin bu ali məktəbin uzun illər bir nəfərin sonsuz ambisiyası ilə idarə olunması fikri doğrudur. Səməd Seyidov bu ali məktəbdə nə istəyib, onu da edib. Universitetdəki korrupsiya faktları ilə yanaşı kadrların yerləşdirilməsində kobud səhvlərə yol verilib. Məsələn, “Xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri Aynur Sabitovanın digər vəzifələrinə diqqət edin:
Səadət Sarayının (Bakı nikah evi) direktor müavini, 1 saylı Notariat kontoru “Tərcümə mərkəzi”nin direktoru, Nəsimi rayonu “VVAQ” şöbəinin müdiri.
Ötən ilin avqust ayında Səməd Seyidov bu xanımı bütün prosedur qaydalarını pozaraq kafedra müdiri təyin edib. O, 1 saat da olsun xarici ölkə ədəbiyyatı tədris etməyib. Uzun illər adı tərcümə fakültəsində getsə də onun auditoriyada dərs dediyini görən olmayıb.
Səməd Seyidov “Müasir tarix”dən dissertasiya müdafiə etmiş Vazeh Əsgərovu “Fransız dili” kafedrasında dosent seçdirib. Halbuki dosent vəzifəsini tutmaq üçün azı 3 il pedaqoji staj və bir neçə metodik vəsait olmalıdır. Hələ bu harasıdır?
Ali məktəblərdə prorektor vəzifəsi Təhsil Nazirliyinin nomenklaturasına daxildir. Təhsil Nazirliyinin Vazeh Əsgərovun təyinatına etirazına baxmayaraq Səməd Seyidov onu Tədris işləri üzrə prorektor təyin edib. Vazeh Əsgərov isə fürsətdən istifadə edib həyat yoldaşını kafedra müdiri əvəzi təyin edib”.
Bütün bunlarlala yanaşı mənbə bildirir ki, hal-hazırda rektor vəzifəsini icra edən Dünyamin Yunusov kollektivdə söz sahibi deyil:
“Dünyamin Yunusovun mənzilinin qarəti zamanı külli miqdarda pulun və zinət əşyalarının oğurlanması onun nüfuzuna zərbə vurub. Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələri rəhbərlərindən kiminsə azad olunmasından sonra çox vaxt nazirliyin özündən vəzifəni icra etmək üçün səriştəli bir kadr göndərir. Olmazmı ki, bu üsul Dillər Universitetinə də tətbiq olunsun? Rektor təyinatına qədər bu ali məktəbdə qayda-qanun yaradılmalıdır. Hal-hazırda Universitetin daxilindən bu vəzifəsni normal icra edə biləcək şəxsi göstərmək mümkün deyil”.
Bunları da mənbə bizə göndərdiyi məktubunda qeyd edib.
//azinforum.az/