Rusiya "YouTube"a girişi əngəlləyəcək? - RƏSMİ CAVAB
18-may-2022"Rusiya höküməti "YouTube" video platformasına girişi əngəlləmək niyyətində deyil".
Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev deyib.
Nazir bildirib ki, hər şeydən əvvəl, nəyisə məhdudlaşdıran zaman istifadəçilərin əziyyət çəkməməsinə çalışmaq lazımdır.
Rusiya xarici işlər naziri Sergey Lavrov da internetin söndürülməsi ehtimalını istisna edib.
O, qeyd edib ki, prezidentin açıq-aydın şəkildə qarşıya qoyduğu tapşırıqlar yerinə yetiriləcək və heç bir vətəndaş internetə çıxışsız qalmayacaq.