Filarmoniyanı gecə klubuna çevirən sahibkar barəsində tədbir görüləcək
18-may-2022“M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb”.
Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
“Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.
Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”, - qeyd olunub.
[media=http://baku.tv/embed/54577]