Bu gun Milli Qəhrəman,[Fred] Asif Məhərrəmovu andılar FOTO
03-iyul-201626 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı məktəbi bitirmişdir. Uşaqlıqdan kasıblıqla yaşayan Asif məktəbi bitirən kimi işləməli olur, həyat yolu hamar olmur. 1971-ci il 30 oktyabr kinoteatra gedir axşam burada dava düşür onu həbs edirlər, 2 il iş kəsilir 9 ayını həbsxanada yatır. Yerdə qalan vaxtı isə məcburi işlə əvəz olunur. Bir müddət sürücü işləyən Asif təsadüf nəticəsində "Təcili yardım" maşınını vurur həbs edilir 3 il 8 ay həbsxana həyatı yaşayır. Həbs cəzasını qurtaran Asif azadlığa buraxılır.
Azad edildiyi vaxt ermənilər azərbaycanlıları öz yurdlarından zorla çıxarmağa başlamışdılar. Bununla barışmayan Asif Ağdamda könüllü özünümüdafiə batolyonunu yaratdı. 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdir. Xocalı faciəsi zamanı dinc sakinləri xilas etmişdi. Asif 1992-ci il 7 mart "N" saylı hissəyə komandir təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edildi. 24 iyun 1992-ci il Naxçıvanlı kəndində ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1993-cü il 27 oktyabr onun səhhəti ağırlaşır. Hərbi hissəni təhvil verərək müalicəsini davam etdirməli olur. 1994-cü ildə bu məqsədlə Yaltaya gedən polkovnik-leytenant Asif Məhərrəmov 1 iyul 1994-cü ildə vəfat edir.
Ailəli idi, bir övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhərində qəhrəmanımızın adına küçə var.
Teref.info xəbər verir ki, bu gün Fred Asifin qəbrini dostları, veteran və qazilər anıblar!