Bu gün:
Xezer.info » Cəmiyyət » Bakıda baş vermiş güclü yanğında bir nəfər ölüb

Bakıda baş vermiş güclü yanğında bir nəfər ölüb


Bakıda baş vermiş güclü yanğında bir nəfər ölüb
Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

"Report"un hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, yanğın nəticəsində bir nəfər ölüb.

23:19
Məlumat verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, Baku TV yanğının baş verdiyi ərazidən canlı yayıma qoşulub.

Hazırda yanğın söndürülüb.