Məktəbdən "Son zəng"ə görə pul yığılır? - AÇIQLAMA
17-may-2022Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində pul yığılması iddia olunub.
Belə ki, Mikayıl Müşfiq adını daşıyan 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın "Son zəng"də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı bildirilib.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idarə tərəfindən müvafiq araşdırma aparılır:
"Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".