Bu gün:
Xezer.info » Dünya » İlon Mask 1 milyard dollardan artıq cərimə edilir? – QALMAQAL

İlon Mask 1 milyard dollardan artıq cərimə edilir? – QALMAQAL


İlon Mask 1 milyard dollardan artıq cərimə edilir? – QALMAQAL
Bir neçə gün bundan öncə İlon Mask Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişdi. Əsas səbəb isə sosial şəbəkədə olan fake və spam istifadəçi hesablarının ümumi istifadəçi hesabları arasında hansı faiz göstəricisinə sahib olmalarının təyin edilməsindədir.

Sonxeber.az Lent.az-a istinadən bildirir ki, İlon Maskın bu elanı öz növbəsində Twitter səhmdarlarını ciddi şəkildə narahat edib. Belə ki, Mask-ın bəyanatından sonra sosial şəbəkənin bazar dəyəri 9 milyard dollar aşağı düşüb. Mütəxəssislərin verdikləri məlumata əsasən Maskın Twitter-i almaqdan imtina edəcəyi halda onun 1 milyard dollar cərimə ödəməsi yeganə çıxış yolu olmayacaq. Belə ki, zərərçəkmiş tərəfin tələbi ilə həmin məbləğə məhkəmə tərəfindən təyin ediləcək əlavə ziyan da daxil ediləcək. Hüquqşünasların verdikləri məlumata əsasən 1 milyard dollar dəyərində cərimə ödənişi yalnız xarici faktorların olduqları halda müqavilənin ləğv edilməsinin təşəbbüskarı olan tərəfdən ödənilir.

Xarici faktor dedikdə isə məsələn nizamlayıcı orqanlar tərəfindən müqavilə ilə bağlı olan iddialar və ya müqavilənin maliyyələşdirilməsindəki problemlər ola bilər. Danışıqlar mərhələsində ikinci tərəfin təqdim etmiş olduğu məlumatlarda əhəmiyyətli saxtakarlığın aşkar edilməsi halında birinci tərəf problemsiz şəkildə müqavilənin tərtib edilməsindən imtina edə bilər. Mütəxəssislərin verdikləri məlumata əsasən Twitter səhmlərinin dəyərlərinin aşağı düşməsi Musk-a sosial şəbəkəni almaqdan imtina etmək və sadəcə 1 milyard dollar cərimə ödəməklə məsələni bağlamaq üçün yardımçı olacaq tutarlı səbəb deyil. Bununla belə bəzi analitiklərin fikirlərinə əsasən Musk Twitter-in satın alınması prosesinin dayandırılmasından istifadə edərək sosial şəbəkənin satış qiymətini aşağı salmağa çalışa bilər. Onun özü Twitter səhmləri ilə bağlı narahatlıq keçirtməsə də, onun bu məsələ ilə bağlı olan partnyorları ona qarşı təzyiq göstərə bilərlər.

Maskın özü isə qeyd edib ki, o hələ də Twitter-i almaq niyyətindədir. Buna görə də müqavilənin onun təşəbbüsü ilə ləğv edilməsi ehtimalı yalnız bəzi şərtlərin dəyişəcəkləri halda mümkündür. Məsələn əgər Tesla-nın səhmlərinin dəyərlərinin aşağı düşməsi nəticəsində yarana biləcək zərər müqavilənin pozulması ilə bağlı xərclərdən yüksək olarsa, Mask Twitter-in alınmasından imtina edə bilər. Burda Tesla səhmləri ona görə qeyd edilib ki, hələ bir neçə müddət bundan öncə Musk Twitter-in alınması üzrə müqavilənin maliyyələşdirilməsi üçün məhz sahib olduğu Tesla səhmlərinin müəyyən hissəsini satmalı olmuşdu. Təbii ki, Twitter-in satın alınmasından imtina öz növbəsində Maskın nüfuzunə böyük zərbə vuracaq və gələcəkdə hansısa şirkətin alınması ehtimalında Maska olan etibarlılıq səviyyəsi daha aşağı olacaq.