Bu gün:
Xezer.info » Eksklüziv » İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti və vəliəhd şahzadəsinə başsağlığı verib

İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti və vəliəhd şahzadəsinə başsağlığı verib


İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti və vəliəhd şahzadəsinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma məktub ünvanlayıb.

Başsağlığı mətnində deyilir:

“Əlahəzrət,

Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Xalqının lideri olan, bütün həyat və fəaliyyəti ilə ölkəsinə hədsiz sədaqət nümunəsi göstərmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan beynəlxalq aləmdə yüksək nüfuz sahibi idi. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində onun müstəsna xidmətləri olmuşdur.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”