Rüşvət alarkən tutulan xəstəxana direktorundan XƏBƏR VAR - VİDEO
12-may-2022Korrupsiya əməllərinə görə həbs edilən Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru hakim qarşısına çıxarılır.
Press.az qafqazinfo-ya istinadla xəbər verir ki, keçmiş direktor Mübariz Zeynalovla bağlı başladılmış cinayət işinin istintaqı tamamlanıb. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə iş üzrə hazırlıq iclasının keçirilməsi nəzərdə tutulub. Məhkəmə araşdırması hakim Fikrət Əliyevin icraatına verilib.
Qeyd edək ki, xəstəxana direktoru ötən il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.