Bu gün:
Xezer.info » Cəmiyyət » Çörək mayaları gömrük rüsumundan azad edildi

Çörək mayaları gömrük rüsumundan azad edildi


Çörək mayaları gömrük rüsumundan azad edildi
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisinə idxal olunan maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib.

Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.