Markov: Ukrayna ordusunum gücü…
11-may-2022Ukrayna ordusunun gücünü şərh edən bir çox hərbi ekspertlər öz bəyanatlarını Ukrayna Silahlı Qüvvələrinin 2014-cü ilə olan vəziyyətinə əsaslanaraq qeyd edirdilər. Bu, çox səhv hərbi yanaşma idi.
Axar.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bölüşüb.
“Rusiya Hərbi Hava Qüvvələrinin səmadan çəkdiyi videolarda açıq-aydın görünür ki, Ukrayna ordusu rus əsgərlərinə qarşı hər metr uğrunda necə böyük həvəslə döyüşür. Belə də demək olar: Ukrayna ordusu bu gün müasir və güclüdür. Çünki orada köhnə rus hərbi bazası ilə ukraynalı zabitin sərtliyi və amerikalı generalın ağlı sintez təşkil edir. Bu cəhətdən Ukrayna ordusu həqiqətən də XXI əsrin ordusudur və dünyanın əksər ordularından qat-qat güclüdür. Onu da qeyd edim ki, Ukrayna ordusunun son səkkiz ildə Donbasın simasında döyüş təcrübəsi də var. Ukrayna ordusu ən böyük hərbi güclərin - ABŞ və Böyük Britaniyanın elektron kəşfiyyatından güclü dəstək alır. Bu gün bütün resurslar Ukraynanın maraqlarına xidmət etməyə yönəlib”, – deyə ekspert bildirib.