Bu gün:
Xezer.info » Dünya » AB Orbanı Putindən ayırmaq üçün pul ödəyəcək

AB Orbanı Putindən ayırmaq üçün pul ödəyəcək


AB Orbanı Putindən ayırmaq üçün pul ödəyəcək
AB rəsmiləri Baş nazir Viktor Orbanı Rusiya neftinə sanksiyaları dəstəkləməyə inandırmaq üçün Macarıstana maliyyə təzminatı verməyi nəzərdən keçirirlər.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” AB-nin üç nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, AK mayın 18-də açıqlanacaq “REPowerEU” adlı enerji strategiyasının ödəniş mexanizmlərindən istifadə etməklə Macarıstana təsir etməyə ümid edir.

“Biz “REPowerEU” ilə Macarıstana nə qədər çox kömək etsək, onlar Rusiya neftindən bir o qədər tez uzaqlaşa bilərlər. AB-nin Rusiyadan bütün xam neft və emal olunmuş yanacaq idxalını bloklamaq planına Macarıstanı cəlb etmək Putinin hərəkətlərinə güclü təsir üçün vacibdir”, - AB-nin yüksək rütbəli rəsmisi deyib.