Azərbaycanlı qadınlar Türkiyə, Rusiya və BƏƏ-də "işlədilirlər" - FOTO
02-iyul-2016ABŞ Dövlət Departamenti "İnsan Alveri" ilə bağlı illik hesabatını açıqlayıb.
Xezer.info milli.az-a istinadən bildirir ki, hesabatda Azərbaycan insan alverinə görə "2-ci dərəcəli" ölkələr sırasında yer alıb.
Məlumata görə, Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir. Kişilər, qadınlar və uşaqlar məcburi əməyə və ya seks alverinə məruz qalırlar. Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində məcburi əməyə, qadın və uşaqlar isə istər ölkə daxilində, istərsə də Türkiyə, Rusiya və BƏƏ-də seksual istismara məruz qalırlar. Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan, Ukraynadan gələn insanlar üçün əmək və seks alverinin təyinat ölkəsidir.
Hesabatda qeyd olunur ki, Türkiyə, Avropa, Cənubi və Mərkəzi Asiya ölkələrindən gələn miqrant işçilər də Azərbaycanda məcburi əməyə məruz qalırlar.
Ölkə daxilində bəzi uşaqlar, xüsusən qaraçı əsillilər məcburi dilənçiliyə məruz qalır və yol kənarında satışa, eləcə də çay evləri və ya toylarda işləməyə məcbur edilirlər. Filippinli qurbanlar isə ev qulluqçuluğuna məruz qalırlar.
ABŞ Dövlət Departamenti bildirib ki, Azərbaycan hökuməti insan alverinə qarşı hüquq-mühafizə səylərini gücləndirib. Odur ki, Daxili İşlər Nazirliyinin nəzdində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb.
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzləri 20 regionda 600-dən çox insana maarifləndirmə kampaniyaları aparıb. Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 53 regionda maarifləndirmə kampaniyaları aparıb və sosial media vasitəsilə insan alveri ilə bağlı informasiya paylaşıb.
Azərbaycanlı qadınlar Türkiyə, Rusiya və BƏƏ-də "işlədilirlər" - FOTO
ABŞ Dövlət Departamenti "İnsan Alveri" ilə bağlı illik hesabatda Azərbaycandan başqa, "2-ci dərəcəli" ölkələr arasında Bəhreyn, Banqladeş, Braziliya, Barbados, Çad, Xorvatiya və s. kimi ölkələrin adı var.