Bu gün:
Xezer.info » Eksklüziv » Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər


Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Bu barədə AZƏRTAC xəbər verir.

Dövlətimizin başçısı və birinci vitse-prezident Füzuli şəhərində Peşə Liseyinin təməlini qoyub, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkib, rayon mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər.