Bu gün:
Xezer.info » Dünya » Dünya üçün tarixi an: ABŞ Ukraynaya limitsiz silah verəcək

Dünya üçün tarixi an: ABŞ Ukraynaya limitsiz silah verəcək


Dünya üçün tarixi an: ABŞ Ukraynaya limitsiz silah verəcək
Mayın 9-da ABŞ prezidenti Co Bayden Ukrayna üçün Lend-Liz Qanununu imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Aprelin sonunda təsdiqlənən qanun layihəsinin Co Bayden tərəfindən məhz Nasizm üzərində Qələbə Günündə imzalanması diqqət çəkib.

S.3522 nömrəli sənədinin təsdiqi prosesi ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, sonuncu dəfə İkinci Dünya Müharibəsində istifadə edilən kredit-icarə proqramı 2022-ci ilin aprel ayının əvvəlində ABŞ Senatı tərəfindən yenidən gündəmə gətirilib.

Mənbə: focus.ua