Bu gün:
Xezer.info » Dünya » Bu, Ukrayna şəhərləri üçün ədalətin bərpası olar - Podolyak

Bu, Ukrayna şəhərləri üçün ədalətin bərpası olar - Podolyak


Bu, Ukrayna şəhərləri üçün ədalətin bərpası olar - Podolyak
Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi müharibə zamanı dağılmış Ukrayna şəhərləri üçün ədalətin bərpası olardı.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O vurğulayıb ki, bu, ədalətli olardı, çünki Rusiya öz hərbi əməliyyatlarını maliyyələşdirmək üçün illərdir ehtiyat toplayır:

“İnfrastruktur dağıdıldı, şəhərlər dağıdıldı - bunun əvəzini kimsə ödəməlidir. AB-yə xammal satan Rusiya qırğınları maliyyələşdirmək üçün illər boyu ehtiyat topladı. Avropa diplomatiyasının rəhbəri Jozep Borrellin Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə ötürülməsi təklifi ədaləti bərpa etmək üsuludur”.